Kamilo Duran millidə debüt etdi

18:18 - 4 Oktyabr 2026

"Qarabağ"dan "Seltik"ə transfer olan Kamilo Duran Kolumbiya yığma komandasında debüt edib.

Sportal.az xəbər verir ki, vinger Paraqvaya qarşı keçirilmiş yoxlama matçında 88-ci dəqiqədə Con Ariasın əvəzinə meydana buraxılıb.

Qarşılaşma Paraqvay yığmasının 1:0 hesablı qalibiyyəti ilə başa çatıb.

Qeyd edək ki, "Seltik"ə yeni transfer olan Duran Şotlandiya klubunda 12 görüşdə 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Xəbər xətti