"Turan Tovuz" "Fənərbaxça"ya məğlub oldu - YENİLƏNİB

21:58 - 3 Oktyabr 2026

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edən "Turan Tovuz" bu gün yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisi Türkiyənin "Fənərbaxça" klubu ilə üz-üzə gəlib.

Dostluq matçı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib və İstanbul klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

3 oktyabr

20:00. “Turan Tovuz” - “Fənərbaxça” 0:2

Qollar: Kante,60, Çağrı Balta,74

Qırmızı vərəqə: M.Qrinvud
Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər xətti