"Qəbələ"nin ispan futbolçusu Xayme Sierra Sportal.az saytına açıqlama verib.
O, milli komandaların oyunlarına verilən fasilənin "Qəbələ" üçün daha yaxşı olduğunu bildirib: "Yeni baş məşqçimiz var. Bu, yeni məşqçi ilə ikinci həftədir məşqlər keçirik və çox xoşbəxtik. Yexniki, taktiki və s. kimi bütün aspektlər üzərində çox çalışırıq. Təkmilləşdirilməli çox şey var və düşünürəm ki, “Sumqayıt”la növbəti matçdan fərqli, daha cəsarətli və fərqli düşüncə tərzinə malik bir komanda görəcəksiniz.
Milli komanda oyunları ilə əlaqədar 20 günə yaxın fasilə olur. Bəli, düşünürəm ki, məşqçi dəyişikliyi olan komanda üçün bu fasilə faydalıdır. Çünki bu, onlara onunla bütün aspektlər üzərində işləmək üçün vaxt verir. Onun oyunçuları tanımaq və fikirlərini çatdırmaq üçün vaxtı var və məncə, bu fasilə müsbət haldır".
saytlarin hazirlanmasi
