Afrika Millətlər Liqasında seçmə mərhələnin oyunları davam edir.
Sportal.az xəbər verir ki, "Zirə"nin yarımmüdafiəçisi Rikardo Martinsin formasını geyindiyi Mozambik millisi doğma meydanda Sudanı qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Martins bu görüşdə iştirak edib. Matça start heyətində daxil olan 30 yaşlı futbolçu 90 dəqiqə meydanda qalıb. O, 24-cü dəqiqədə məhsuldar ötürmə edib, 58-ci dəqiqədə isə qol vurub.
2 turdan sonra 4 xal toplayan Mozambik millisi qrupda 2-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi
