“Mançester Siti” apellyasiya şikayəti verəcək və məhkəməyə müraciət edəcək

22:07 - 28 Sentyabr 2026

“Mançester Siti”nin baş direktoru Ferran Soriano klubun öz günahsızlığını müdafiə etməyə davam edəcəyini bildirib.

Sportal.az xəbər verir ki, ötən həftə “şəhərlilər” Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürdüyü ittihamların, demək olar ki, hamısı üzrə təqsirli biliniblər.

2023-cü ilin fevralında APL “Siti”ni 2009–2018-ci illər ərzində maliyyə qaydalarını 115 dəfə pozmaqda ittiham etmişdi. Daha sonra “The Times” qəzeti pozuntuların sayının 115 deyil, 130 olduğunu bildirmişdi. Buna səbəb Premyer Liqanın ittihamları ilk dəfə açıqladığı zaman bəzi qaydalarla bağlı yaranmış qarışıqlıq olub.

59 yaşlı ispaniyalı funksioner Kopenhagendə keçirilən Avropa Klublar Assosiasiyasının iclasında çıxış edib. Soriano bildirib ki, “Mançester Siti” müstəqil komissiyanın qərarı ilə qətiyyən razı deyil və apellyasiya şikayəti, eləcə də mümkün məhkəmə iddiaları vasitəsilə qərarın ləğvinə nail olmaq üçün bütün imkanlardan istifadə edəcək.

O, digər Avropa klublarının rəhbərlərinə bildirib ki, “şəhərlilər” Premyer Liqanın ittihamlarına qarşı mübarizəni davam etdirəcəklər. Artıq səkkiz ildir davam edən bu iş üzrə yekun qərarın verilməsi üçün isə hələ xeyli vaxt tələb olunacaq.

Xəbər xətti