"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də "Kolambus Kryu"ya qarşı keçirilən matçda (1:2) cərimə zərbəsindən qol vurub.
Sportal.az xəbər verir ki, bu, argentinalı futbolçunun karyerasında birbaşa cərimə zərbəsindən vurduğu 76-cı qol olub. Beləliklə, Messi standartvəziyyətlərdən 78 qola imza atmış braziliyalı Marselinyo Kariokanın nailiyyətinə daha bir addım da yaxınlaşıb.
Hazırda 39 yaşlı Messinin Kariokanın rekordunu təkrarlamaq üçün daha cərimə zərbəsindən iki qol vurması lazımdır.
"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerası ərzində cərimə zərbələrindən 65 qol vurub.
saytlarin hazirlanmasi
