“Uembli”də 69 il sonra qonaq komandanın vurduğu ən erkən qol

23:31 - 26 Sentyabr 2026

İspaniya millisi Millətlər Liqasında İngiltərəyə qarşı keçirilən oyunun (2:1, ilk hissə) 104-cü saniyəsində hesabı açıb. Qolun müəllifi Lamin Yamal olub.

Sportal.az xəbər verir ki, qarşılaşma “Uembli” stadionunda keçirilir. İspaniyanın vurduğu bu qol 1957-ci ildən bəri “Uembli”də qonaq komandanın vurduğu ən erkən qol olub. Həmin il Şotlandiya millisinin heyətində Tommi Rinq matçın ilk dəqiqəsində fərqlənmişdi.

İspaniya millisi sonuncu dəfə rəsmi oyunda belə erkən qolu 12 oktyabr 2005-ci ildə vurmuşdu. Həmin vaxt Antonio Lopes Dünya Çempionatının seçmə mərhələsində San-Marinoya qarşı matçın 53-cü saniyəsində rəqib qapısına yol tapmışdı.

Xəbər xətti