Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 gün istirahət edən "Araz-Naxçıvan" məşqlərini bərpa edib.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məşqdən əvvəl yeni baş məşqçi Yuri Maksimov klub rəhbərliyi tərəfindən heyət üzvlərinə təqdim edilib, daha sonra 2 saata yaxın hazırlıq prosesi baş tutub.
Milli komandalara yollanan 4 futbolçu – Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi istisna olmaqla digər futbolçular tam heyətlə məşq prosesində iştirak ediblər.
saytlarin hazirlanmasi
