"Karyeramı bitirəndən sonra işləmək istəmirəm" - Səudiyyə Ərəbistanı klubuna keçən futbolçu

20:20 - 23 Sentyabr 2026

Mövsümün əvvəlində "Mançester Siti"dən "Əl-Qadisiya"ya keçən Ticani Reynders qərarını səbəbini açıqlayıb.

Sportal.az xəbər verir ki, niderlandlı yarımmüdafiəçi maliyyə şərtlərinə görə Səudiyyə Ərəbistanına üz tutduğunu deyib:

"Karyeramı bitirəndən sonra işləmək istəmirəm. "Mançester Siti"dən ayrıldıqdan sonra da işləmək məcburiyyətində qalmayacaqdım. Amma indi özümdən sonrakı nəsillər üçün də yaxşı şeylər edə bilərəm. Əgər bu seçimim sayəsində nəvələrim də yaxşı yaşaya biləcəklərsə, niyə də bunu etməyim?"

Qeyd edək ki, "Əl-Qadisiya" Ticani Reyndersi 61 milyon avro qarşılığında transfer edib. 28 yaşlı futbolçu komandanın heyətində meydana çıxdığı 6 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti