"Şəfa" Qəbələyə yollanacaq - hazırlıq oyunu keçirəcək

17:50 - 23 Sentyabr 2026

Milli komandaların oyunu ilə əlaqədar yaranan fasilə üçün “Şəfa”nın planı bəlli olub.

Sportal.az xəbər verir ki, 5 günlük istirahətdən sonra komanda bu gün səhər ilk məşqini keçirib. Hazırlığın bir hissəsi Qəbələdə baş tutacaq.

Bu dönəmdə Zaur Həşimovun rəhbərlik etdiyi kollektiv bir yoxlama oyunu keçirəcək. Okyabrın 3-də Bakıda təşkil olunacaq görüşdə “Şəfa”nın rəqibi “İmişli” olacaq.

Xəbər xətti