Son vaxtlar Azərbaycanın U-21 yığmasının və "Sampdoriya"nın hücumçusu Lorenzo Mezzoteronun İtaliya Futbol Federasiyası tərəfindən U-21 yığmasına dəvət ediləcəyi haqda xəbərlər dolaşır.
Belə ki, Genuya təmsilçisinin heyətində B seriyasında oynamağa başlayan 18 yaşlı forvardın İtaliyanın U-21 yığmasında oynamaq ehtimalı olduğu bildirilir.
Bu barədə gənc hücumçu Sportal.az saytına qısa açıqlama veriib.
O, məsələdən xəbərsiz olduğunu söyləyib: "Bu barədə heç nə bilmirəm və heç bir şərhim yoxdur".
Qeyd edək ki, "Sampdoriya"nın U-19 komandasının kapitanı, əsas komandanın isə forvardı olan Lorenzo artıq U-21 yığmamızda formas geyinib.
saytlarin hazirlanmasi
