Milli komandadakı karyerasını başa vurdu

15:55 - 20 Sentyabr 2026

“Brayton”un yarımmüdafiəçisi Paskal Qross Almaniya milli komandasındakı çıxışını yekunlaşdırıb.

Sportal.az xəbər verir ki, o, bu qərarı komandasının Premyer Liqada "Arsenal" üzərində 3:0 hesablı qələbəsindən sonra açıqlayıb. 

Bu görüşdə bir qol vurmuş Qross verdiyi qərarla bağlı bunları deyib: 

"Bəli, artıq karyeramı başa vurdum. Mənim üçün Dünya Kubokundan sonra hər şey bitmişdi. Düşünürəm ki, gələcək nəslə uğurlar arzulamağın vaxtıdır".

Qross milli komandada debütünü 9 sentyabr 2023-cü ildə, 32 yaşında, Hans-Diter Flikin rəhbərliyi altında Yaponiyaya qarşı yoldaşlıq oyununda (1:4) edib. O, komandada 19 oyun keçirib və bir qol vurub.
 

Xəbər xətti