"Everton"un müdafiəçisi Carred Brantueyt karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Real" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Goal" nəşri məlumat yayıb.
Madrid nəhəngi Brantueeyt üçün qışda 93 milyon avroluq təklif göndərmək variantını nəzərdə keçirir. 24 yaşlı mərkəz müdafiəçisi ilə Premyer Liqa klubları da maraqlanır.
Qeyd edək ki, "Everton" Carred Brantueyti 202-ci ilin yanvarında "Çarlsli Yunayted"dən 1 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə Mersisayd təmsilçisinin heyətində 4 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
