"Qəbələ" hücumçusunu I Liqa klubuna icarəyə verdi

21:37 - 16 Sentyabr 2026

“Qəbələ”nin futbolçusu Paulo Quimbila karyerasını I Liqada davam etdirəcək.

Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 1 il müddətinə icarə əsasında “Gəncəbasar”a keçib. Klub anqolalı futbolçunun transferini açıqlayıb.

Qeyd edək ki, “Gəncəbasar” hazırda turnir cədvəlində 6 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti