35 yaşlı futbolçu millidəki karyerasını yekunlaşdırdı

23:52 - 15 Sentyabr 2026

35 yaşlı yarımmüdafiəçi Xames Rodriges Kolumbiya millisindən ayrıldığını açıqlayıb.

Sportal.az xəbər verir ki, 2011-ci ildən millisinin şərəfini qoruyan Rodriges sosial şəbəkə hesabında bunları qeyd edib:

“Bu an gəlib çatdı. Birlikdə keçirdiyimiz hər oyun, sevinc dolu hər an, hər göz yaşı və paylaşdığımız hər arzu üçün təşəkkür edirəm. Kolumbiya millisinin rənglərini qorumaq mənim üçün həyatda ən böyük şərəf idi."

Qeyd edək ki, o, milli komanda ilə 2016-cı il Amerika Kubokunun bürünc medalını, 2024-cü il Amerika Kubokunun isə gümüş medalını qazanıb. Xames Kolumbiya millisinin heyətində rekord sayda – 131 oyun keçirib və 31 qol vurub.

Xəbər xətti