"Barselona"nın hücumçusu Qabriel Jezus 2026-cı ildə "Qızıl Top" mükafatını kimin qazanmalı olduğu barədə fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, braziliyalı hücumçu komanda yoldaşı Lamin Yamalın mükafata layiq olduğunu bildirib:
"Bu il "Qızıl Top"u Lamin Yamal qazanmalıdır. Mənim böyük oyunçularla məşq etmək imkanım olub. Lamin də məşq etdiyim və oynadığım həmin şəxslərdən biridir. O, etdiyi hər şeyi sadə göstərir".
Qeyd edək ki, Lamin Yamal 2026-cı ildə "Qızıl Top" uğrunda əsas iddiaçılardan biridir.
saytlarin hazirlanmasi
