"Neftçi"yə lazım olmayan legioner özünə yeni komanda tapdı - FOTO

17:22 - 13 Sentyabr 2026

“Neftçi”nin futbolçusu Kristian Kostin özünə komanda tapıb.

Sportal.az xəbər verir ki, 28 yaşlı müdafiəçi ölkəsində oynayacaq.

O, Rumıniya 2-ci liqasında yarışan “Çindiya” ilə anlaşıb. Artıq tərəflər arasında bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Kostin ötən mövsümü “Neftçi”də keçirmişdi. O, UTA Arad, “Voluntari”, “Dinamo”(Buxarest) klublarının formasını geyinib.


Mirbağırağa

Xəbər xətti