"İnanıram ki, üç xal bizim olacaq" - "Slaviya"nın məşqçisi "Sabah"la matç haqda

12:33 - 13 Oktyabr 2026

“Slaviya”nın məşqçisi Zdenek Houşetski klubun rəsmi saytına danışıb.

Sportal.az xəbər verir ki, çex mütəxəssis 2016/2017 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Slovan”ın "Qarabağ"la (2:2) oyununda Liberets təmsilçisinin məşqçilər heyətində yer alıb.  

Zdenek əvvəlki Bakı səfərini də xatırlayıb: “İnanıram ki, “Sabah”la görüşdə üç xal bizim olacaq. Hər oyunda qalib gəlmək istəyirik və bu oyun da istisna deyil. Bakıda xoş atmosfer var, futbol çox populyardır və şəhərdə çoxlu stadionlar var. Yeganə problem uzun məsafəli gediş-gəlişdir. Lakin Azərbaycanın iqlimi Praqadan daha istidir ki, bu da böyük üstünlükdür”.

Qeyd edək ki, "Sabah" - "Slaviya" görüşü bu gün BOS-da keçiriləcək və oyuna 20:45-də start veriləcək.
 

Xəbər xətti