Seydiyevdən 200-cü oyun

14:53 - 12 Oktyabr 2026

Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Zirə”nin futbolçusunun yubileyi “Şamaxı” ilə matça (1:1) təsadüf edib. Müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb.

Debütü 2018/19 mövsümündə gerçəkləşən Seydiyev 200 qarşılaşmada 6 qol vurub. O, bu müddətdə üç klubun formasını geyinib. Müdafiəçi “Qəbələ”də 31 (1 qol), “Sabah”da 162 (5 qol), “Zirə”də 6 dəfə şans qazanıb.

Xəbər xətti