İngiltərənin "Arsenal" klubunun heyətində ciddi itkilər baş verib.
Sportal.az xəbər verir ki, müdafiəçi Pyero İnkapye ilə yarımmüdafiəçi Martin Subimendi sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki futbolçu komandanın məşqi zamanı zədələnib. Onlar UEFA Çempionlar Liqası Liqa mərhələsinin "Lill"lə matçında iştirak etməyəcəklər. Qarşılaşma sabah keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Martin Subimendi cari mövsümdə "Arsenal"ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Pyero İnkapye isə 5 oyunda iştirak edib.
saytlarin hazirlanmasi
