"İmişli" baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

12:19 - 13 Oktyabr 2026

“İmişli” baş məşqçi Fərid Namazov ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, mütəxəssislə mövcud müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Namazov bu ilin iyul ayında "İmişli"nin baş məşqçisi təyin edilmişdi.

Aran təmsilçisi Premyer Liqada 7 turdan sonra 4 xalla 9-cu pillədə qərarlaşıb.

Xəbər xətti