"Sabah"ın rəqibi baş məşqçisi ilə müqaviləni artırdı

13:47 - 13 Oktyabr 2026

"Borussiya"(Dortmund) baş məşqçisi Niko Kovaçla müqavilə müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Xorvat mütəxəssis 2029-cu il iyunun 30-na qədər "Borussiya"nı çalışdıracaq.

Kovaç 2025-ci ildən Dortmund klubunda çalışır.

Onlar Bundesliqada 5 turdan sonra 13 xalla 2-ci pillədədir.

Qeyd edək ki, "Borussiya" Çempionlar Liqasının liqa mərhələsində "Sabah"ın rəqiblərindəndir. Görüş oktyabrın 20-də Bakıda baş tutacaq.

Xəbər xətti