Serbiya millisinin üzvü Azərbaycana gəlməyəcək

14:22 - 13 Sentyabr 2026

“Neftçi”nin Macarıstanın “Qyori Eto”nun futbolçusu ilə Jelko Qavriçlə maraqlanması barədə xəbər vermişdik.

Sportal.az saytına verilən məlumata görə, serbin “ağ-qaralar”a keçidi baş tutmayacaq.

Son anda Qavriç Macarıstan klubunda qalmağa qərar verib.

25 yaşlı futbolçu mövsümə hazırkı komandasında davam edəcək. O, “Srvena Zvezda”, “Ferentsvaroş”, “DAK Dunayska Streda” klubların, həmçinin Serbiya millisində oynayıb.

Xəbər xətti