"Arsenal"ın baş məşqçisi: "Bu cür qərarlar bütün mövsümə təsir edə bilər"

10:34 - 13 Sentyabr 2026

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 4-cü turunun “Sanderlend”lə (2:0) görüşündə baş hakimin penalti qərarını tənqid etdi.

Sportal.az xəbər verir ki, ispan mütəxəssis baş hakim Con Bruksun qərarları haqda bunları deyib:

"Bu səviyyədə belə bir şey qəbuledilməzdir. Bu cür qərarlar bütün mövsümə təsir edə bilər. Qiymətləndirməmi təsdiqləmək üçün epizodu 10 dəfə izləmişəm. Belə şey baş verməməlidir. Mən 27-28 ildir futboldayam və mənim üçün bu, heç bir halda - matçdan, vəziyyətdən və ya çempionatdan asılı olmayaraq - penalti deyil".
 

Xəbər xətti