Türkiyə Super Liqasında 5-ci tura start verilib.
Sportal.az xəbər verir ki, Nəriman Axundzadənin formasını geyindiyi "Ərzurumspor" səfərdə "Beşiktaş"ın qonağı olub. Qarşılaşma İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Nəriman bu matçda iştirak etməyib. 22 yaşlı forvard eehtiyatda qalıb.
Xallarını 12-yə yüksəldən "Beşiktaş" çempionatın lideridir. 4 xalı olan "Ərzurumspor" isə 15-ci yerdədir.
"Beşiktaş" - "Ərzurumspor" 3:0
Qollar: Emirhan Topçu, 21, Leandro Trossard, 27, Yakup Kirtay, 81 (avtoqol)
