İtaliya millisinin üzvü üçün 35 milyon avro tələb edirlər

14:28 - 12 Sentyabr 2026

"Fiorentina"nın yarımmüdafiəçisi Şer Ndur karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Liverpul" və "Aston Villa" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "CaughtOffside" məlumat yayıb.

A Seriyası klubu Nduru satmağın əleyhinə deyil. Onlar 22 yaşlı oyunçu üçün 35 milyon avro tələb edirlər.

Qeyd edək ki, "Fiorentina" Şer Nduru 2025-ci ilin yanvarında PSJ-dən 5 milyon avroya transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə Florensiya təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti