"Nyukasl" İngiltərə millisinin üzvü ilə müqavilə imzaladı

14:33 - 11 Sentyabr 2026

"Nyukasl" müdafiəçi Lyuis Hollun müqaviləsinin müddətini artırıb.

Sportal.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

İngiltərə milli komandasının üzvü ilə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb. Onun əvvəlki anlaşması 2029-cu ilin yayına kimi idi.

Qeyd edək ki, "Nyukasl" Lyuis Hollu 2023-cü ildə "Çelsi"dən transfer edib. 24 yaşlı sol cinah müdafiəçisi cari mövsümdə "sağsağanlar"ın heyətində meydana çıxdığı 5 rəsmi matçda 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti