“Qarabağ”ın sabiq ulduzu “Turan Tovuz”a doğru

10:33 - 10 Sentyabr 2026

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportal.az "Sport1.az"a istinadən xəbər verir ki, Tovuz təmsilçisi “Qarabağ”ın sabiq futbolçusu Yassin Benzya ilə anlaşmaq üzrədir. 32 yaşlı hücumçu yenidən Azərbaycan Premyer Liqasına qayıtmağa müsbət yanaşır.

Tərəflər arasında müqavilənin imzalanması üçün xırda detalların razılaşdırılması qalıb. Qeyd edək ki, Yassin Benzya 2023-2025-ci illərdə “Qarabağ”da çıxış edib. Əlcəzair millisinin üzvü bu müddət ərzində Ağdam təmsilçisinin heyətində 104 rəsmi matçda meydana çıxıb. O, bu görüşlərdə 28 qol vurub və 25 məhsuldar ötürmə edib.

Xəbər xətti