"Yuventus" italiyalı qapıçı ilə bağlı qərar verdi

20:58 - 9 Oktyabr 2026

"Yuventus" "Tottenhem"dən icarəyə götürdüyü Qulyelmo Vikario ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, A Seriyası nəhəngi italiyalı qolkiperin transfer hüquqlarına yiyələnəcək. Bu barədə "Tuttomercato" nəşri məlumat yayıb.

"Ağ-qaralar" 30 yaşlı "əlcək sahibi" üçün 8 milyon avroluq satınalma bəndini işə salacaqlar.

Qeyd edək ki, "Yuventus" Qulyelmo Vikarionu mövsümün əvvəlində icarəyə götürüb. İtaliya millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 5 rəsmi matçda qapısında 4 qol görüb.

Xəbər xətti