Vinçentso Montella ilə yollar ayrılır

17:36 - 7 Oktyabr 2026

Türkiyə Futbol Federasiyası milli komandanın baş məşqçisi Vinçentso Montella ilə yollarını ayıracaq.

Sportal.az xəbər verir ki, bu barədə "Milliyet" nəşri məlumat yayıb.

İtaliyalı mütəxəssisin aylıq maaşı 183 min avrodur. Federasiya ona 5 aylıq maaşını təzminat ödəyəcək. Ayrılığın yaxın vaxtlarda rəsmən açıqlanacağı bildirilir.

Qeyd edək ki, Vinçentso Montella 2023-cü ilin sentyabrında Türkiyə yığmasının baş məşqçisi vəzifəsinə təyin olunub. "Ay-ulduzlular" UEFA Millətlər Liqasında keçirdiyi 4 oyunun hamısında (Fransa - 0:1, İtaliya - 1:4, 1:3, Belçika - 0:3) uduzub.

Xəbər xətti