"Liverpul" sağ cinah müdafiəçisi mövqeyini gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirməyə davam edir.
Sportal.az xəbər verir ki, Mersisayd klubunun əsas hədəfi "Brentford"da çıxış edən Maykl Kayodedir. Bu barədə "CaughtOffside" nəşri məlumat yayıb.
Klubu italiyalı futbolçu ilə bağlı təklifləri nəzərdən keçirməyə hazırdır. Onlar ən azı 50–55 milyon funt-sterlinq məbləğində təklif gözləyirlər. Müdafiəçinin transferi ilə bağlı ciddi danışıqların məhz bu rəqəm ətrafında başlaması ehtimal olunur.
Qeyd edək ki, "Brentford" Maykl Kayodeni 2025-ci ilin yanvarında "Fiorentina"dan transfer edib. İtaliya millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol vurub.
saytlarin hazirlanmasi
