"Əl-Nəsr"in hücumçusu Joao Feliş karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Fənərbaxça" portuqaliyalı futbolçunu transfer etmək istəyir. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
Felişin klubu ilə müqaviləsi mövsümün sonuna başa çatır. Bunu nəzərə alan İstanbul nəhəngi 26 yaşlı forvard üçün yanvarda hərəkətə keçməyi planlaşdırır.
Ulduz futbolçu Avropaya qayıtmağı planlaşdırır. O, "Fənərbaxça"ya keçməyə razılıq versə, transfer baş tuta bilər.
Qeyd edək ki, "Əl-Nəsr" Joau Felişi 2025-ci ilin yayında "Çelsi"dən 35 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü cari mövsümdə Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
