İki futbolçu Türkiyə milli komandasının düşərgəsini tərk edib.
Sportal.az xəbər verir ki, söhbət "Qalatasaray"da çıxış edən Barış Alper Yılmaz və "Real"ın yarımmüdafiəçisi Arda Gülərdən gedir. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu UEFA Millətlər Liqasının Belçika ilə matçında (0:3) sarı vərəqə alaraq cəzalı duruma düşüb. Onlar qarşıdakı oyunda iştirak edə bilməyəcəkləri üçün yığmadan ayrılıblar.
Qeyd edək ki, Türkiyə seçməsi A Liqasının IV turu çərçivəsində səfərdə İtaliyanın qonağı olacaq. Qarşılaşma oktyabrın 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
saytlarin hazirlanmasi
