İspaniya millisinin baş məşqçisi Luis de la Fuente zədələnmiş futbolçular barədə danışıb.
Sportal.az xəbər verir ki, daha əvvəl Ferran Torres, Niko Uilyams, Erik Qarsiya və Alexandro Qrimaldo zədə səbəbindən milli komandanın düşərgəsini tərk ediblər. Sabah İspaniya millisi Millətlər Liqasının ümumi mərhələsinin 3-cü turunda Çexiya ilə qarşılaşacaq.
“Bu formatın çatışmazlığı bərpa üçün vaxtın az olmasıdır. Biz futbolçuların sağlamlığını hər şeydən üstün tuturuq və oyunçunun ideal formada olmasına üstünlük veririk”, – deyə de la Fuente mətbuat konfransında bildirib.
saytlarin hazirlanmasi
