Azərbaycan milli komandasının yarımmüdafiəçisi Abdula Xaybulayev Millətlər Liqasının D2 qrupunun ikinci turunda Lixtenşteynlə Bakıda 0:0 hesablı heç-heçə ilə bağlı danışıb.
Sportal.az xəbər verir ki, yığma komandamızın üzvü ilk iki turdakı bərabərliyə baxmayaraq, qalan iki görüşdə də qalib gəlmək istədiklərini deyib:
“Belə nəticədən sonra əhval-ruhiyyə aşağı düşüb. Qol vurub qalib gəlməli olduğumuzu başa düşürdük. Məyusuq. Amma ruhdan düşə bilmərik. Qrupda hələ iki oyunumuz var. Əvvəlki iki oyunu unudub növbəti matçlara hazırlaşmalıyıq. Başqa şansımız olmayacaq. Məqsədimizi maksimum tutub qalib gəlməliyik”.
