Rusiya millisinin daha bir üzvü Türkiyədə oynaya bilər

12:33 - 30 Sentyabr 2026

Rusiya millisinin və ÇSKA(Moskva) klubunun üzvü İvan Oblyakov karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu “Beşiktaş”a keçmək variantına sahibdir.

Onun ÇSKA ilə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. Oblyakov “Beşiktaş”a keçməyə müsbət yanaşıb.

Hazırda klublar arasında danışıqlar gedir. “Zenit”in yetirməsi olan rus futbolçu 2018-ci ildə “Ufa”dan ÇSKA-ya keçib.

Qeyd edək ki, bu yay Rusiya millisinin üzvü Aleksey Batrakov "Lokomotiv"dən "Qalatasaray"a keçib.

Xəbər xətti