Premyer Liqa nəhəngləri almaniyalı vingerlə maraqlanır

17:52 - 29 Sentyabr 2026

"Brentford" futbolçusu Kevin Şade İngiltərə Premyer Liqasının aparıcı klublarının diqqətini çəkib.

Sportal.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

Almaniyalı vingerin xidmətində "Çelsi", "Tottenhem", "Mançester Yunayted", "Arsenal" və "Liverpul" maraqlıdır. "Brentford" böyük klubların əsas oyunçusuna olan marağının qarşısını almaq məqsədilə tezliklə Şade ilə yeni müqavilə barədə danışıqlar aparmağı planlaşdırır.

Qeyd edək ki, "Brentford" Kevin Şadeni 2023-cü ilin yanvarında "Frayburq"dan transfer edib. Almaniya millisinin üzvü olan 24 yaşlı futbolçu cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 6 rəsmi matçda 3 qol vurub.

Xəbər xətti