Azərbaycan millisinin sabiq müdafiəçisi Rasim Ramaldanov Sportal.az saytına açıqlama verib.
O, yığma komandamızın Tacikistanla görüşdəki qələbəsini şərh edib:
“Taciklərlə oyun rəsmi matçdan əvvəl sınaq idi. Çətin qələbə qazanıldı. Toral Bayramovun gözəl zərbəsi ilə qalibiyyət əldə olundu. Amma hücum xəttində hələ də yaradıcılıq probleminin olduğunu göstərir. Sırf bu oyundan sonra hansısa mövqedən danışmaq istəmirəm”.
Ramaldanov yığma komandamızın Millətlər Liqasında sabah qarşılaşacağı Litva görüşü barədə də fikirlərini söyləyib: “Litva millisini Avropa futbolunun autsayder komandası hesab edirəm. Onlar bizdən güclü deyil. Allah qoysa, qələbə qazanmalıyıq. Sözsüz ki, millimizə inanıram və ümid edirəm ki, yığma komandamız bu qrupdan birinci yerlə çıxacaq”.
