"Real" məni transfer etmək üçün həqiqətən də çox çalışdı" - Rodri

15:43 - 24 Sentyabr 2026

Yayda "Mançester Siti"dən "Barselona"ya keçən Rodri "Real"ın da onu transfer etmək istədiyini bildirib.

Sportal.az xəbər verir ki, COPE-yə açıqlama verən ispaniyalıp yarımmüdafiəçi "kral klubu"nun onu heyətinə qatmaq üçün çox çalışdığını deyib:

"Real" məni transfer etmək üçün həqiqətən də çox çalışdı. Onlar məni heyətlərinə qatmaq istəyirdilər. Birbaşa danışıqlarımız oldu və bunu gerçəkləşdirmək üçün əllərindən gələn hər şeyi etdilər. Onlar qərarımı çətinləşdirdilər. Minnətdaram. "Real"ın prezidenti Florentino Pereslə danışmışam? Bunu deməyəcəyəm".

Qeyd edək ki, "Barselona" Rodrini 60 milyon avroya transfer edib. İspaniya millisinin üzvü olan 30 yaşlı futbolçu Kataloniya təmsilçisinin heyətində 7 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti