Yığmamızın Tacikistan qələbəsi - GENİŞ İCMAL

23:01 - 23 Sentyabr 2026

Bu gün Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq matçına çıxıb.

Sportal.az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Tacikistan millisini qəbul edib.

8-ci km qəsəbə stadionunda reallaşan görüş yığmamızın minimal hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşma bu ayın sonu və oktyabrın əvvəlində start götürəcək UEFA Millətlər Liqası oyunlarına hazırlıq xarakteri daşıyır.

Beynəlxalq yolşdalıq oyunu

20:00 Azərbaycan – Tacikistan 1:0
Qol:
Toral Bayramov, 58

Baş hakim: Roman Jitari
Yan xətt hakimləri: Vlad Lifçiu, Vadim Vikol (hamısı Moldova)
Dördüncü hakim: Kamranbəy Rəhimov (Azərbaycan)
VAR: Abduraşid Xudoyberqanov (Özbəkistan)
AVAR: Kamran Bayramov (Azərbaycan)
Bakı, 8-ci km qəsəbə stadionu. 

Xəbər xətti