"Xankəndi" ev oyunlarını doğma şəhərdə keçirəcək.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, I Liqa klubunun ev matçları bu ildən məhz Xankəndi şəhərində baş tutacaq.
Hazırda Xankəndi şəhər stadionunda təmir işləri davam etdirilir. Görülən işlərin bu ayın sonunadək yekunlaşdırılması nəzərdə tutulub.
Təmir başa çatdıqdan sonra stadionun rəsmi açılış mərasimi keçiriləcək.
"Xankəndi"nin doğma şəhərdə ilk ev oyununun tarixi isə məhz açılış qrafikinə uyğun olaraq müəyyənləşdiriləcək.
saytlarin hazirlanmasi
