“Barselona”nın və İspaniya millisinin vingeri Lamin Yamal əfsanəvi futbolçularla eyni sırada yer almaq istədiyini bildirib.
Sportal.az xəbər verir ki, Yamal öz açıqlamasında bunları qeyd edib:
"Mən həmişə deyirəm ki, mümkün qədər yüksəyi hədəfləmək lazımdır. Ofisiant olsaydım, restoran sahibi olmağı arzulayardım. Mən tarixə düşmək üçün oynayıram. İstəyirəm ki, 30 ildən sonra gənclər: “O da möhtəşəm futbolçu idi”, – desinlər.
Amma bu, mənim üçün vəsvəsə deyil. Heç vaxt “Peledən, Messidən daha yaxşı olmaq istəyirəm” deyə düşünmürəm. Özümü heç kimlə müqayisə etmək istəmirəm.
Mən Lamin Yamal olmaq istəyirəm. İnsanların məni Lamin Yamal kimi xatırlamasını istəyirəm və ümid edirəm ki, böyüklər arasında yer alacağam. Düşünürəm ki, bunun üçün imkan və potensialım var. Hər şey özümdən asılıdır".
saytlarin hazirlanmasi
