Niderlandlı müdafiəçi Premyer Liqa nəhənglərinin hədəfində

21:37 - 22 Sentyabr 2026

"Feyenord"un müdafiəçisi Qivaayro Rid karyerasıını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

"Liverpul", "Mançester Siti" və "Arsenal" niderlandlı futboçunu transfer etmək istəyir. Adıçəkilən klublar yanvarda Ridi heyətə cəlb etməyə çalışacaqlar.

Klubu yayda "Roma" və "Nottingem Forest"in 20 yaşlı sağ cinah müdafiəçisi üçün göndərdiyi 20 milyon avroluq təklifləri rədd edib.

Qeyd edək ki, Qivayro Rid 2023-cü ilin yayında "Feyenord"un akademiyasına qoşulub. Niderland U-21 millisinin üzvü cari mövsümdə Rotterdam təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 5 məhssuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti