"Yuventus" istədiyi qapıçını İtaliyada tapdı

16:48 - 20 Sentyabr 2026

"Yuventus" "Atalanta"nın qolkiperi Marko Karneseçkini heyətinə qatmaq niyyətindədir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "qoca sinyora"  26 yaşlı qapıçı üçün hərəkətə keçib.

"Atalanta" isə qolkiperinə görə 50 milyon avro istəyir. Hələ ki maliyyə məsələsində tərəflər arasında razılıq əldə edilməyib.

Onun Berqamo təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

26 yaşlı qapıçı "Atalanta"nın yetirməsidir və icarə əsasında "Trapani", "Kremoneze"də çıxış edib.

Xəbər xətti