"Neftçi" bu mövsüm çempionata pis başlamayıb. Həmişə başlanğıc çətin olur. Yuri Vernidub gəldikdən sonra komandada oyun planında çox şey dəyişib. Futbolçular verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməyə çalışırlar. Hücuma da düşünərək qoşulurlar, müdafiədə çox yaxşı performans göstərirlər".
Bu sözləri Sportal.az saytına açıqlamasında "Neftçi"nin sabiq forvardı Xaqani Məmmədov deyib.
“Ağ-qaralar"ın keçmiş hücumçusu bu gün Misli Premyer Liqasının 6-cı turu çərçivəsində "Qəbələ"yə qarşı keçiriləcək oyununda uğurlu nəticə qazanacağına inandığını bildirib:
"Neftçi" oyundan-oyuna öz formasını bərpa edir. "Qəbələ"yə yeni baş məşqçi təyin edilib. Komanda yeni məşqçinin üslubuna öyrəşmək üçün vaxta ehtiyac duyur. "Neftçi" də bundan istigadə edərək, öz istədiyi xalı qazana bilər. Üstəlik, bu il "Neftçi"nin 90 illiyidir. Təbii ki, onlar da çempion olmaq istəyirlər. "Neftçi" çempion da ola bilər. Təbii ki, düzgün sistem və iş qursalar, bir az da bəxtləri gərirsə, istədiklərinə nail ola bilərlər. "Neftçi"də baş məşqçi heyətlə bağlı da düzgün dəyişiklik etdi. Kimlər uyğun deyildisə, komandadan uzaqlaşdırıldı və komanda yüksəlişə doğru getdi".
Mirbağırağa
saytlarin hazirlanmasi
