Ötən mövsümü Azərbaycan Premyer Liqasında yarışan “Karvan-Yevlax”ın formasını geyinmiş Mise Nqvisani Afrikada oynayacaq.
Sportal.az xəbər verir ki, alman müdafiəçi Liviyanın “Əl-Bəşayir” klubu ilə anlaşıb.
Ötən mövsüm yayda “Karvan”a keçmiş futbolçu, komanda liqadan düşdükdən sonra Azərbaycanı tərk etmişdi.

