"Football.London" saytl “Çelsi”yə Tod Boulidən rəhbərlik etdiyi dövrdə edilən transferləri qiymətləndirib.
Sportal.az xəbər verir ki, amerikalı biznesmenin klubun rəhbərliyində olduğu dörd il ərzində komandaya 31 futbolçu transfer olunub. London klubu heyətin yenidən qurulmasına 1 milyard funt-sterlinqdən çox vəsait xərcləyib.
Siyahıda ən uğursuz transfer Mixail Mudrik olub. Məlumata görə, ukraynalı futbolçu üçün 70+30 milyon avro ödənilib. Vinger 2024-cü ilin sonundan bu ilin yayına qədər antidopinq qaydalarını pozduğuna görə futboldan uzaqlaşdırılıb.
Ən uğursuz beş transfer arasında, həmçinin Pyer-Emerik Obameyanq, David Fofana, Kristofer Nkunku və Cimmi-Cey Morqan yer alıb.
Ən uğurlu transfer isə 40 milyon funt-sterlinqə alınan Kol Palmer hesab edilib. İlk beşlikdə Moises Kayseido, Mark Kukurelya, Enzo Fernandes və Malo Gyusto da yer alıb.
saytlarin hazirlanmasi
