İşğaldan azad edilən bu rayonda da futbol klubu yaradıldı

20:50 - 17 Sentyabr 2026

Azərbaycanda daha bir yeni futbol klubu fəaliyyətə başlayıb.

Sportal.az Sport1.az-a istinadən xəbər verir ki, avqustun 1-i qurulan "Laçın" Region Liqasında çıxış etmək üçün AFFA-dan lisenziya alıb.

Hazırda adı çəkilən rayonda futbol oynamaq üçün şərait olmadığından komanda ev oyunlarını Ağcabədidə keçirəcək.

Qeyd edək ki, Laçın 1 dekabr 2020-ci ildə işğaldan azad olunub.

Xəbər xətti