Konte üçün Premyer Liqa iddiası

15:30 - 16 Sentyabr 2026

Antonio Konte İngiltərə Premyer Liqasına qayıda bilər.

Sportal.az "goal.com"a istinadən xəbər verir ki, Maykl Kerrik vəzifəsindən azad ediləcəyi təqdirdə, 57 yaşlı italiyalı mütəxəssis "Mançester Yunayted" üçün prioritet seçim hesab olunur.

"Qırmızı şeytanlar" mövsümə uğursuz başlayıblar və bu vəziyyət klub rəhbərliyini baş məşqçi postunda dəyişiklik etmək barədə düşünməyə sövq edib. Əgər Kerrik vəzifəsini tərk edərsə, Konte onun yerinə əsas namizəd kimi önə çıxa bilər.

İtaliyalı məşqçi hazırda klubsuzdur. O, 2 illik fəaliyyətdən sonra bu yayında "Napoli"dən ayrılıb. Konte məşqçilik fəaliyyətinə qayıtmağa tələsmir və öz ambisiyalarına uyğun gələn bir layihəni gözləyir.

Kontenin İngiltərədə iş təcrübəsi var. O, 2016-2018-ci illərdə "Çelsi"yə rəhbərlik edib, 2016/17 mövsümündə London klubunu Premyer Liqanın çempionu edib. Təcrübəli məşqçi 2021-2023-cü illərdə isə "Tottenhem"də çalışıb.

Xəbər xətti