"Kəpəz"in futbolçusu Slovakiya və Qazaxıstana qarşı oynaya bilər

13:25 - 16 Sentyabr 2026

"Kəpəz"in yarımmüdafiəçisi Viktor Stina Moldova milli komandasına dəvət alıb.

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

28 yaşlı futbolçu sentyabrın 20-də Misli Premyer Liqasının VI turu çərçivəsində "Sumqayıt"la oyundan sonra yığmanın düşərgəsinə yollanacaq.

O, milli komandanın heyətində UEFA Millətlər Liqasında forma geyinə bilər. Moldovalılar adıçəkilən yarışın K qrupunda Slovakiya (26 sentyabr və 6 oktyabr), Farer adaları (29 sentyabr) və Qazaxıstan (2 oktyabr) kollektivlərinə qarşı mübarizə aparacaqlar. Qeyd edək ki, cari mövsüm "Kəpəz"in heyətində iki dəfə fərqlənən V.Stina Moldova yığmasında 30 oyun keçirib, 4 qol vurub.

Xəbər xətti